Bakıda ikimərtəbəli evdə yanğın olub



Bakıda ikimərtəbəli evdə yanğın olub.


Muğan Tv Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan ikimərtəbəli evin zirzəmisində quraşdırılan 4 ədəd elektrik açarı və naqillər 5 p.m yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.