top of page

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti qənaətbəxşdir


Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə "Liv Bona Dea Hospital"dan məlumat verilib.

Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə "Liv Bona Dea Hospital"a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib: "Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir".

Comments


bottom of page