Bakıda hündürmərtəbəli binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb



Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.


Hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.


“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.


Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.


Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.