top of page

Bakıda gənclər əyləncə xatirinə həyatlarını təhlükəyə atdılar


Ötən gecə paytaxt yollarında təhlükəli anlar yaşanıb.


Bu barədə Muğan TV BAKU.WS-ə istinadən xəbər verir.


Bildirilib ki, hadisə Azneft dairəsindən Filarmoniyaya qalxan yolda qeydə alınıb.

Belə ki, 3 gənc hərəkətdə olan 65 saylı avtobusun arxasından tutaraq yola davam ediblər. Onlar bu əməlləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıblar.


Hadisə ilə bağlı “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirdi ki, bəzi yeniyetmə və gənclər belə məsuliyyətsiz hərəkətlər etməklə özlərini və digər hərəkət iştirakçılarını təhlükə qarşısında qoyurlar. Onları bu kimi əməllərdən çəkinməyə çağırırıq:


"Ümumiyyətlə şəhər ərazisində piyadaların, skuterlərin, moped və motosikletlərin ictimai nəqliyyatın fəaliyyətini pozması, yolun hərəkət hissəsində maneələr yaratması, təhlükəli manevrlər etməsi halları tez-tez baş verir. Bu da avtobusların hərəkətinin müntəzəmliyinə çətinlik yaradır, gecikmə hallarına səbəb olur".



Ləman Hafizi


bottom of page