Bakıda evlərdən 4 min manatlıq oğurluq edilib



Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 ev və 1 həyətyanı sahədən ümumilikdə 4 070 manat dəyərində təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.