top of page

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb - SİYAHI


Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanmaq üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

Mugantv xəbər verir ki, bu bardə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin - 050 285 01 01

Muhemmed Emin Kalan - 050 736 71 00

Ferhat Çeğil - 055 604 36 96

Ramil Hümbətov - 050 567 75 77

Xatırladaq ki, Bakıda Əl Oyunları Sarayında da yardımlar toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Faciə nəticəsində 6234 nəfər həlak olub.

Kommentare


bottom of page