Bakıda bağça koronavirusa görə bağlandı



Bakı şəhərində bir uşaq bağçasının fəaliyyəti koronavirusa görə dayandırılıb


Muğan TV xəbər verir ki, üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.


Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı Oxu.Az-a təsdiq ediblər:


“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.