Bakıda azyaşlı qız itkin düşdü + FOTO


Bakıda 13 yaşlı qız itkin düşüb.


Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.


Bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Dünyamalızadə Aleksandra dünən axşam saat 21:00 – 22:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.


Onu görən şəxslərdən 102 xidmətinə və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.


A.Dünyamalızadənin əynində şəkildə gördüyünüz paltarlar olub: