top of page

Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb


Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muğan TV-yə verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.


Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.


Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



Ləman Hafizi

bottom of page