Bakıda avtomobilin vurduğu piyada 2 gün sonra xəstəxanada ölüb.
Hadisə martın 15-i saat 18:10 radələrində paytaxtın Səbail rayonu, M.Hüseynov küçəsi 24 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü İbişov Mahir Fidayə oğlu idarə etdiyi "BMW" markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Hacıyev Murtuzəli Məhəmməd oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən martın 17-si saat 22 radələrində müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Comments