top of page

Bakıda avtomobildən oğurluq edilib


Bakıda avtomobildən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3300 manat dəyərində səsboğucusunun oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

Comments


bottom of page