top of page

Bakıda avtomobildən 3700 manatlıq oğurluq edilib


Bakıda avtomobildən 3700 manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Comments


bottom of page