
Bakıda yanan avtomobil söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub.
Muğan TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
