top of page

Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub


Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub.


Bu barədə Muğan TV-yə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



bottom of page