top of page

Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb


Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb.

Hadisə martın 6-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb.

Belə ki, Sadıqov Mehdi Şirazi oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü Babayev Arif Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Comments


bottom of page