Bakıda avtomobil 53 yaşlı qadını vurub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Mehdiyeva İlhamə Ağasəlim qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.