top of page

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü



Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.


FHN-dən Muğan TV-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.


Mehriban Mirzəzadə

bottom of page