top of page

Bakıda 68 yaşlı kişi 62 yaşlı bacısının ölümünə görə intihar edib


Bakıda bacısı ölən qardaş intihar edib.

Hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.

Belə ki, martın 26-da 1955-ci il təvəllüdlü Şəmsəddinov Aydın Məsimoviç oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib. Baxış zamanı fərdi yaşayış evində 1961-ci il təvəllüdlü, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, yataq xəstəsi Şəmsəddinova Səidə Məsim qızının meyiti də aşkar edilib.

Qohumlarının deməsinə görə Aydın Şəmsəddinov bacısı Səidə Şəmsəddinovanın ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments


bottom of page