top of page

Bakıda 68 məktəbdə operativ monitorinqlər keçirilib


Bu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

留言


bottom of page