
Bakının Xəzər rayonunda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon ərazisində avtomobil yolu keçən 1966-cı il təvəllüdlü Mənsimov Azər Səftər oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.