top of page

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb


Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs - qadının keçmiş həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

bottom of page