
Bakıda 41 yaşlı kişinin qətlində şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1998-ci il təvəllüdlü Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.