top of page

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub


Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Binə qəsəbəsində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Mövlanzadə Şəbnəm Zaur qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

bottom of page