Bakıda 112 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib


Bakı Nəqliyyat Agentliyi (BNA) 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.


Bu barədə Muğan TV, Report-a istinadən bildirilir.


Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.