top of page

Bakıda ər arvadını boğaraq öldürdü


Bu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Xalidə Şirəli qızı Zülfüqarovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Muğan TV-yə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Şahniyar Məhəmməd oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.


İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.


Araşdırma aparılır.


Röya Ağayeva

Kommentarer


bottom of page