
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.
Qəzada ölən 5 nəfər aşağıdakılardır:
1. 1986-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu
2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin
3. Yasamal rayon sakini Musayev İlqar
4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Alik Yusif oğlu
5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu
Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin isə kimliyi dəqiqləşdirilir.
Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.
Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.