top of page

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Muğan TV FHN-dən məlumat verilib.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.


Röya Ağayeva




bottom of page