top of page

"Bakı Olimpiya İdman Kompleksi" kommersiya qurumuna çevrilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bakı Olimpiya İdman Kompleksi" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Olimpiya küçəsi, 7, nizamnamə kapitalı 632 540 manat, qanuni təmsilçisi isə Elşən Rauf oğlu Xəlilovdur.

Xatırladaq ki, Bakı Olimpiya İdman Kompleksi 2000-ci il oktyabrın 21-də yaradılıb. Kompleks əsasən komanda idman növləri üçün nəzərdə tutulub.


bottom of page