top of page

Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib


“Bakı Metropoliteni” QSC-nin 26 stansiyasının rəisi vəzifəsindən azad edilib, onlardan 24-ü rotasiya qaydasında digər stansiyalara rəis təyin edilib.

Yalnız “Nəriman Nərimanov” stansiyasının rəisi Arif Həsənli öz vəzifəsində qalıb.

Səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun əmri ilə vəzifəsindən azad edilmiş “Bakmil” stansiyasının rəisi Dəyanət Dadaşov və “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyev qurumda başqa vəzifələrə təyin ediliblər. Onların yerinə hər iki yerüstü stansiyaya təyinat olmayıb.

Xatırladaq ki, “Bakı Metropoliteni”nun uzunluğu 40 km-ə çatan 27 stansiyası var.

Comentários


bottom of page