Bakı metrosu iyun ayının 1-dək işləməyəcək


Bakı metrosu iyun ayının 1-dək işləməyəcək.


Muğan TV bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Bakıda metropolitenin fəaliyyəti iyun ayının 1-dək dayandırılır.


Qeyd edək ki, Nazirlər Kabineti digər qərarı ilə bayram günlərində ictimai nəqliyyatın fəaliyyətini qadağan edib.


Qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.