top of page

Bakı Limanı səhmlərini dövriyyəyə buraxır


"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Fond Birjası" QSC-də səhmlərinin yerləşdirməyə hazırlaşır.

Söhbət hər birinin nominal dəyəri 10 manat olan 1 599 ədəd səhmdən gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və limanın 15 990 manatlıq nizamnamə kapitalını formalaşdıracaq.

Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Liman yük, neft və bərə terminallarından ibarətdir.

bottom of page