top of page

Bakı çimərliyində gətirdiyi hər şeyini oğurladılar



Bakıda çimərlikdə oğurluq hadisəsi olub.


Muğan TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən lent.az-a verilən xəbərə görə, iyunun 28-də Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin çantasından içərisində pulu, bank kartları, sənədi olan cüzdanı və mobil telefonu oğurlanıb.


Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Məmmədli və N.Abdullayev müəyyən olunaraq saxlanılıblar.


bottom of page