top of page

“Babək” tankerinin təmiri başa çatıb


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmir olunub.

Bu barədə ASCO-dan məlumat verilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən istismara qaytarılıb.

Uzunluğu 149, 9, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

bottom of page