Baş nazir: “Azad olunmuş ərazilərin bərpası üçün ötən il ayrılan 2,2 milyard manat vəsait tam icra o



“Respublikada iqtisadi rayonların sayı 14-ə çatdırılıb”.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.


Baş nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı ötən il büdcədən ayrılan 2,2 milyard manat vəsait, demək olar ki, tam icra olunub: “Cari ilin dövlət büdcəsində də bu məqsədlər üçün eyni miqdarda vəsait nəzərdə tutulub. Azad olunmuş ərazilərdə sosial infrastruktur layihələri bölgənin inkişafına mühüm təkan verir. Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və davam etməkdədir”.


APA