top of page

Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib - FOTO


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.


Muğan TV, APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.


Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.










Comentários


bottom of page