top of page

Başınızın tez-tez ağrımasının SƏBƏBİ


Kifayət qədər su içmək baş ağrılarını idarə etməyə kömək edə bilər.

Bu barədə həkim Medhat Mikhelin açıqlaması yayılıb.

Məlumata görə, çünki maye çatışmazlığı baş ağrılarına səbəb olan amillərdən biridir. Susuzluq, kifayət qədər maye içmədiyiniz zaman baş verən bir baş ağrısıdır. Onun sözlərinə görə, hətta yüngül susuzluq belə baş ağrılarına səbəb ola bilər, çünki bu zaman beyin kiçilir və ağrılar yaranır.

"Susuz qaldığınız zaman beyin kəllə sümüyünün içində kiçilir. Bu, kəllə sinirlərinə çox təzyiq edir və beyni əhatə edən qişalarda müəyyən gərginlik yaradır. Nəticədə baş ağrılarına səbəb olur", - mütəxəssis bildirib.

MD, Amit Sakdevin sözlərinə görə, hər bir insan fərqli olduğundan, baş ağrısına səbəb olacağına zəmanət verən xüsusi bir susuzlquq səviyyəsi yoxdur:

"Susuzluq və baş ağrısı arasında sərt bir xətt yoxdur. Susuzluq bütün bədəni daha az davamlı edir".

Mütəxəssislər deyirlər ki, kifayət qədər maye qəbul etdiyinizə əmin olmaq kifayətdir.

"Sadəcə su iç" deyə Miçiqan Dövlət Universitetinin Nevrologiya Departamentinin MD və Tibb Direktoru Amit Sakdev məsləhət görüb.

Hər kəsin nəmləndirmə ehtiyacları fərqlidir, lakin ABŞ Milli Elmlər, Texnologiya və Tibb Akademiyası ümumiyyətlə insanların həm qidadan, həm də içkidən əldə edilməli olan mayelərin aşağıdakı miqdarını tövsiyə edib:

kişilər üçün gündə təxminən 15,5 stəkan (3,7 litr) maye; qadınlar üçün gündə təxminən 11,5 stəkan (2,7 litr) maye.

Əgər məşqdən sonra baş ağrıları yaşayırsınızsa, həkim Mikhael məşq zamanı və sonra nə qədər maye içdiyinizə diqqət etməyi tövsiyə edib.

Comments


bottom of page