
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
MUĞAN TV bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı 7 ədəd tüfəng aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.