top of page

Bərdədə avtomobillə vurulan piyada ağır xəsarət alıb


Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Muğan TV-in məlumatına görə, yolu keçən Mustafayev Sərdar Mustafa oğlunu avtomobil vurub.


Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub.


Vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.


Hazırda onun müalicəsi davam etdirilir. Hadisənin təfərrüatı araşdırılır.

Σχόλια


bottom of page