
Bərdədə yanğın olub Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazasının dam örtüyünün yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı əriyib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Comments