Bərdədə 17 yaşlı qız qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Comments