top of page

Bədəni çürüyən azərbaycanlı model: 10 faiz yaşama şansım var


Azərbaycanlı model və bloqer Leyla Mirzəliyeva sosial şəbəkə hesabında izləyiciləri ilə qorxulu bir xəbər paylaşaraq, vidalaşıb.


O, bədəninə etdirdiyi estetik əməliyyatlar, süni dolqular səbəbilə orqanizmində çürümə getdiyini bildirərək ağlayıb.


“Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin",- deuyə o bildirib.


Röya Ağayeva

Comments


bottom of page