Ağsuda heyvandarlıq məhsullarının istehsalı artıb
top of page

Ağsuda heyvandarlıq məhsullarının istehsalı artıb


Ağsu heyvandarları cari ilin birinci rübünü uğurlu nəticələrlə başa vurublar. Belə ki, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin ilk üç ayı ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ilin birinci rübündə diri çəkidə ət istehsalı 1228 ton olub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 15 ton çoxdur. Bu ilin birinci rübündə süd və yumurta istehsalında da artım olub. Süd istehsalı 131 min ton artaraq 7125 tona, yumurta istehsalı isə 99 milyon ədəd çoxalaraq 4 milyon 241 min ədədə çatıb.

bottom of page