Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb
top of page

Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb



Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.


Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.


O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.


Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.


Fimlər Komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

bottom of page