Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
top of page

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb


Martın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV-yə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.



bottom of page