Azərbaycana bu malların idxalı ƏDV-dən azad edildi
top of page

Azərbaycana bu malların idxalı ƏDV-dən azad edildi


Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Hit.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

bottom of page