Azərbaycan XİN: “Erməni işğalı zamanı 3345 azərbaycanlı mina qurbanı olub”
top of page

Azərbaycan XİN: “Erməni işğalı zamanı 3345 azərbaycanlı mina qurbanı olub”


“30 il ərzində erməni işğalı zamanı 3345 azərbaycanlı, o cümlədən 357 uşaq mina qurbanı olub”.

Mugantv xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə şikəst olub: “Ermənistan mina təhdidlərinə son qoymalıdır”.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

bottom of page