Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb
top of page

Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb


İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodu ilk dəfə Sloveniyaya karbamid gübrəsi ixrac edib.

İlkin mərhələdə bu ölkəyə 5 min tona yaxın gübrə göndərilib.

Xatırladaq ki, indiyə qədər müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 23 ölkəyə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac olunub.

bottom of page