top of page

Azyaşlılar dini mərasimə qatıldı: Polis hərəkətə keçdi



Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.


Bu barədə Muğan TV-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.


Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.


"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.

Mehriban Mirzəzadə

bottom of page