"Aztelekom"un 635 minlik tenderi LƏĞV EDİLDİ - Antiinhisar xidməti


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC –nin keçirdiyi 635 min 312 manatlıq tenderin nəticəsini ləğv edib.

Muğan tv-i valyuta.az-a istinadən xəbər verir ki, “Aztelekom” MMC tərəfindən 01.12.20-ci il tarixində Vahid satınalma portalında “80 dəst AC-380V / DC 48V Elektrik qida qurğularının” satınalınması məqsədilə elan olunmuş açıq tender (e.tender) proseduru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin AİBNDX-15/01-5/290P saylı məktubuna əsasən ləğv olunub.

Qeyd edək ki, sözügedən tenderin qalibi son 2 ildə 8 satınalmanı qazanan "SUPPLY-A" MMC olmuşdu.

Şirkət 2015-ci ilin mart ayının 18-də yaradılıb, hüquqi ünvanı Şamaxı rayonu Şəhriyar qəs., ev 7/10, m. 1, nizamnamə kapitalı isə 10 manatdır. Qanuni təmsilçisi isə İlqar Novruzovdur.