top of page

“Azmelsutəsərrüfat” ASC-də dövlət satınalmalarına dair seminar-təlim keçirilib


“Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət MMC tərəfindən seminar-təlim keçirilib.

Bu barədə AZƏRTAC-a ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

Seminar-təlim struktur vahidləri tərəfindən dövlət satınalmalarının təşkili, maddi resurslardan məqsədyönlü və qənaətlə istifadə olunması, meliorasiya və irriqasiya obyektlərində nəzərdə tutulan təmir, təmir-bərpa, bütövlükdə istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi və ümumən qeyd olunan satınalmaların həyata keçirilməsində, xüsusilə bu sahədə sənədləşmələrin elektron qaydada hazırlanması zamanı qarşıya çıxan problem və çatışmazlıqların operativ həllinə təlimati kömək göstərilməsi məqsədilə təşkil olunub.

Təlimə 72 təşkilatdan 144 məsul şəxs cəlb edilib.

ASC-nin Planlama və Satınalmaların Təşkili şöbəsinin müdiri Samir Əlifovun da iştirak etdiyi seminar-təlimdə fərqlənən əməkdaşlara “Təşəkkürnamə”lər təqdim olunub.


Tədbirdə dövlətin sahibkarlığn inkişafına dəstəyi, həmçinin, şəffaf rəqabətin təmin olunmasına aid görülən işlər də iştirakçıların nəzərinə çatdırılıb.

bottom of page